Bu gündən Sentyabrın 21-dək paytaxt Bakı növbəti dəfə dünya sürət həvəskarlarının diqqət mərkəzinə çevriləcək.
Şəhər mərkəzində keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi iqtisadi və turizm potensialının nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir.
Millət vəkili Vüqar Bayramov Hit.az-a deyib ki, Formula 1 Azərbaycan Qran-prisi Azərbaycan üçün həm turizmin inkişafı, həm də ölkənin beynəlxalq arenada tanıdılması baxımından əhəmiyyətlidir:
"Nəzərə almaq lazımdır ki, yarışın keçirildiyi müddətdə ölkəyə gələn turistlərin sayında da ciddi artım müşahidə edilir. Bu yarışı izləmək üçün gələn turistlər, sonradan ölkənin digər turizm imkanları ilə da maraqlanırlar ki, bu da uzunmüddətli turizm inkişafına töhfə verir”.
Sevinc