AZ

“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ “Qara bazar”ın fırıldaqçıları KİMDİR?

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika” üzərində tarixi qələbə (3:2) qazanıb. Liqa mərhələsində klubun növbəti oyunu oktyabrın 1-i Danimarkanın “Kopenhagen” klubuna qarşı Bakıda keçiriləcək.Ağdam təmsilçilərinin oyununa maraq böyükdür, əksər qarşılaşmalarında biletlərin hamısı satılır. Lakin dəfələrlə olub ki, bilet satışı elan olunan kimi satışı həyata keçirən “İticket.az” saytı çökür və bundan sonra bilet tapmaq mümkün olmur, yəni bütün biletlər bitir. Bu, dəfələrlə baş verib.

 

MÖVZU İLƏ BAĞLI:“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA - FOTOFAKT

Oyuna az qalmış isə stadionun qarşısında “qara bazar” işə düşür. Sentyabrın 27-də “Qarabağ” – “Ferentsvaroş” oyununa öz qiymətindən baha bilet satanlarla yanaşı, saxta bilet, saxta QR kod hazırlayaraq satanlara da rast gəlinib.Növbəti oyunda bunların yaşanmaması üçün nə etmək lazımdır?Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib ki, “qara bazar” ümumdünya problemidir:“Bütün böyük turnirlərdə, oyunlarda bu problem yaşanır. Böyük azarkeş marağının olduğu oyunlarda saxta yolla pul qazanmaq istəyənlər fəaliyyətə keçir. Dünya çempionatının, Çempionlar Liqasının final oyunları zamanı mətbuat bu haqda yazır.Madriddə keçirilən ÇL-in final oyunu zamanı əlində bileti olan azarkeşlər çöldə qalmışdı, tribunalar isə dolu idi. Ona görə ki, saxta biletlə arenaya daxil olanlar çox idi. İndi “Qarabağ” uğur qazandıqca, ölkədə komandanın oyununa böyük maraq yarandıqca, Azərbaycanda da belə saxtakarların bazarı böyüyür.Təbii ki, onlar belə fürsətdən yararlanmağa çalışacaqlar. Bu yöndə klub rəhbərliyi, bilet satışı ilə məşğul olan təşkilat və hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərməlidirlər”.Onun sözlərinə görə, azarkeşlərin də məsuliyyətli olması vacibdir:“Texnologiya yüksək sürətlə inkişaf edir. Saxtakarlar da bu texnoloji yeniliklərdən yararlanırlar. Ona görə də, azarkeşləri aldatmaq daha asan olur. Bu işdə azarkeşlərin də məsuliyyətli olması vacibdir. Bileti “qara bazar”dan yox, qanuni satış məntəqələrindən əldə etmək lazımdır. Əks halda, fırıldaqla üzləşməyəcəklərinə zəmanət yoxdur.Hətta indi saxta biletləri stadionun qarşısında yox, sosial media üzərindən satırlar. Bu da onlara qarşı mübarizəni çətinləşdirir. Polis sosial mediaya tam nəzarət etmək iqtidarında deyil. Ona görə də, azarkeşlərin daha məsuliyyətli olması tələb olunur. Heç kim zəmanət verə bilməz ki, sosial şəbəkə vasitəsi ilə əldə edilən bilet saxta deyil. İnsanlar bu məsuliyyət hissini bir kənara qoyaraq, sosial şəbəkə üzərindən bilet alırlar, sonra da “aldadıldım” deyib şikayət edirlər. Aldanılmamaq üçün “tələdəki pendir”ə yaxınlaşmamaq lazımdır”.O, problemin köklü şəkildə həllinə güman etmədiyini bildirib:“Avropada buna qarşı mübarizədə böyük vəsait xərclənir. FİFA, UEFA da maliyyə dəstəyi verir. Amma “qara bazar”dan qurtulmaq olmur.

“Qarabağ”ın uğurları artdıqca, bizdə də saxtakarlar öz bazarlarını genişləndirməyə çalışacaqlar. Təbii ki, polis də işini görür, kimlərisə həbs də edirlər. Amma onlar da çoxalırlar. Heç millinin oyunları zamanı “qara bazar” olur? Yox. Deməli, kütləvi maraq olanda onlar fəaliyyətə keçirlər. İndi bu problemi həll etmək üçün “Qarabağ”ın uğursuzluğa düçar olmasını, oyunlarına marağın azalmasını arzulaya bilmərik.

Sadəcə, azarkeşlər maarifləndirilməli, bilet alarkən ehtiyatlı olmalı, hüquq-mühafizə orqanları da saxtakarlara qarşı mübarizəni gücləndirməlidir. Hətta belə durumda da “qara bazar”ın kökü kəsilməyəcək, amma miqyası azalacaq ki, bu da zərərçəkənlərin sayını azaldacaq”.Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
bizim.media

3Mənbələr