AZ

BMT: Əfqanıstanda zəlzələ qurbanlarının yarıdan çoxu qadın və qızlardır

BMT-nin Əfqanıstandakı qadın məsələləri üzrə xüsusi nümayəndəsi Syuzan Ferqyusonun sözlərinə görə, Əfqanıstanın şərqində baş verən zəlzələdə yaralanan və ölənlərin yarısından çoxu qadın və qızlardır.

NOCOMMENT.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Əsas afterşokların keçməsinə və ya demək olar ki, başa çatmasına baxmayaraq, zərər çəkmiş ərazilərdəki qadınlar əlavə təcili yardım olmadan uzunmüddətli fəlakətlə üzləşirlər. Təəssüf ki, qadın və qızlar həlak olanların və yaralananların yarıdan çoxunu, hələ də itkin düşənlərin 60%-ni təşkil edir”, – o, Cenevrədə mətbuat brifinqində deyib.

Ferqyusonun sözlərinə görə, keçən həftə Kunar əyalətindəki bir kəndə səfəri zamanı o, “bir çox ailənin hələ də çadırlarda və ya açıq yerdə yaşadığını” görüb. “Su və kanalizasiya infrastrukturu məhv edilib, kəndlərdə və qeyri-rəsmi qəsəbələrdə qadınlar və qızlar üçün tualet yoxdur”, o əlavə edib.

Avqustun 31-də Hindukuş dağlarında 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Əfqanıstanın şərqindəki Əsədabad şəhərindən 27 kilometr cənub-qərbdə partlayış baş verib. Güclü təkanlar bütün kəndləri dağıdıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 2200-ü keçib, 3600-ə yaxın əfqan isə yaralanıb. Sentyabrın 2-də Hindukuş dağlarında 5,5 bal gücündə daha bir zəlzələ baş verib.

Seçilən
15
1
nocomment.az

2Mənbələr