
Ordubad şəhərinin 78 yaşlı sakini Hicrət Yusifova peşə təhsili almağa qərar verib. Ulusum.az xəbər verir ki, o, bu il Ordubad Peşə Liseyinin "Xalçaçı" ixtisasına qəbul olunub. 1946-cı il noyabrın 19-da anadan olan Hicrət nənənin 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. O, 25 il ərzində Ordubad ipək kombinatında çalışıb. “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, xalça toxumağa hər zaman böyük marağı olub: “Ordubad Peşə Liseyində xalçaçılıq ixtisası açıldığını görəndə sevindim. Tələbə adını qazandığım üçün çox xoşbəxtəm”.R.Daşdəmirova
Diqqət Çəkənlər
BDU-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu
Suverenliyin Bərpası – Antiterror Qəhrəmanlığı
Bakıda onlayn qumar şəbəkəsinə zərbə: 10 nəfər saxlanıldı, 10 milyonluq dövriyyə ifşa olundu