Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşündə qəza baş verib.
Day.Az xəbər verir ki, "Ferrari"nin monakolu sürücüsü Şarl Leklerin bolidi təhlükəsizlik maneəsinə çırpılıb və qırmızı bayraq qaldırılıb.
Onun bolidi trasdan kənarlaşdırılıb.
xxx
16:02
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşə start verilib.
Day.Az xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
İlk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris birinci olub.
Xəbər yenilənəcək