AZ

"Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ-nin işinə yaradı" -Siyasi şərhçi

"BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 80-ci sessiyası ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri gözlənilir. Ukrayna prezidentinin səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramla görüşü böyük ehtimalla baş tutacaq".

Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Çingiz Şahbazi Ukrayna Prezidenti Volodimir Zelenskinin gələn həftə ABŞ-yə edəcəyi səfərdən danışarkən bildirdi. 

Onun sözlərinə görə, dünyanın bir nömrəli problemi sayılan və dünya siyasətinə öz təsirini göstərən, Rusiya-Ukrayna arasında davam edən müharibə ilə bağlı son zamanlar ABŞ, Avropa İttifaqı ölkələri arasında fikir ayrılıqları əmələ gəlib:

"Hətta bir çox məsələlərdə qarşılıqlı ittihamlar səsləndirilir və bütün bunlar heç şübhəsiz ki, Ukraynanın cəbhədə müvəffəqiyyətlər əldə etməsinə mane olan amillərdir. Bu səbəbdən Ukrayna Prezidenti Zelenskinin ABŞ prezidenti ilə görüşü böyük ehtimalla baş tutacaq. Əlbətdə ki, görüşün baş tutması Ukrayna tərəfdən vacibdir və hesab edirəm ki, görüş baş tutarsa bu, Rusiya-Ukrayna muharibəsinin gedişatına öz təsirini göstərəcək".

Politoloq hesab edir ki, davam etməkdə olan bu müharibə tək Ukraynanın taleyi üzərində qurulmayıb:

"Müharibənin üzərindən siyasi məqsədlər üçün istifadə edən ölkələr, qüvvələr var. Artıq NATO ölkələri də sınağa çəkilir və müharibənin miqyasının genişlənməsi üçün cəhdlər edilir. ABŞ bu proseslərə nəzarət edir, Avropada olan müttəfiqlərinə, hər an Rusiyadan gələ biləcək təhlükələrin mövcudluğunu sübut etməyə çalışır. Əslində Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ-nin işinə yaradı desək, yanılmarıq. Digər tərəfdən isə bu, siyasi oyunların və atılan addımların arasında qalan Ukraynaya olub-bitənlər daha çox təsir göstərməkdədir. Ukrayna bu səbəbdən Trampın hakimiyyəti dövründə daha çox itirməkdədir desək, yanılmarıq. Avropa özünü qorumaq məqsədilə kollektiv təhlükəsizlik maraqları üzərində çalışır. Bu, Ukrayna üçün heç də yaxşı bir şey vəd etmir. Avropanın bu kimi qərarlarının məhz Tramp hakimiyyətinin yürütdüyü siyasətdən qaynaqlandığı açıq şəkildə ortadadır. Bu səbəbdən Zelenskinin Trampla görüşü vacib sayılır. Hesab edirəm ki, Tramp hakimiyyətinin durumu ələ almaq imkanı var və Ukrayna prezidentinin bu istiqamətdə istəkləri olacaqdır".

Aytəkin TOFİQQIZI

Seçilən
7
1
redaktor.az

2Mənbələr