AZ

AK Rusiyaya qarşı növbəti sanksiya paketini təsdiqləyib

Bu barədə komissiyanın sözçüsü Paula Pinyo özünün "X" hesabında məlumat yayıb. Paketin daxilindəki konkret tədbirlər barədə isə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün açıqlama verəcəklər.
AP-nin Kiyevdə nümayəndəliyi açılıb

Sentyabrın 17-də "Politico" qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, Aİ yeni sanksiya paketini irəli sürməyə hazırlaşsa da, onun dərcini təxirə salıb. İlkin məlumatlara əsasən, yeni paketdə Rusiya banklarına və enerji şirkətlərinə məhdudiyyətlər nəzərdən tutulur. Eyni zamanda, İtaliyanın "ANSA" xəbər agentliyinin xəbərinə görə, Avropada Rusiya vətəndaşları üçün viza qaydaları da sərtləşdiriləcək.

Firudin Həmidli
AzVision.az
Seçilən
19
azvision.az

1Mənbələr