AZ

Artıq yaslara dəvətnamə ilə çağırılacağıq

Artıq yas mərasimlər üçün də dəvətnamələrə rast gəlmək olur. Halbuki, əvvəllər dəvətnamə adətən şad günlərdə toy, ad günü kimi mərasimlərdə istifadə olunur. 

Gundem.az xəbər verir ki, yas dəvətnaməsi də bir növ toy dəvətnaməsi kimidir. Sadəcə biri xoş xəbər daşıyır, digəri isə bəd xəbər.

Sosioloq Rəşad Əsgərov bildirir ki, bu hallar cəmiyyət tərəfindən də bir mənalı olaraq xoş qarşılanmır. Bu hallar insanlarda qıcıq, əsəb yaradır. 

İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, dinə görə yas mərasimi 3 gün davam edir:

"7 və 40 mərasimləri isə cəmiyyətə görə formalaşıb. Bu mərasimlərə dəvətnamə ilə çağırmaq yanlış hesab olunmur. Bu dəvətnamənin məzmunu dini motivlərdən ibarət olmalıdır. Musiqi və digər amillər yolverilməzdir. Bu kimi yanaşmalar insan ruhuna fayda verməz". 

Qeyd edək ki, sözügedən dəvətnamələr video formatında 20 manata, foto versiyada isə 10 manata hazırlanır. /Milli.Az

Seçilən
11
5
gundem.az

10Mənbələr