AZ

Əfqanıstanda saxlanılan britaniyalı cütlük azadlığa buraxılıb

London, 19 sentyabr, AZƏRTAC

Əfqanıstanda yeddi ay yarım müddətində ittihamsız saxlanılan Böyük Britaniyadan olan 76 yaşlı Barbie və 80 yaşlı Peter Reynolds azadlığa buraxılıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirildiyinə görə, cütlük bu gün Əfqanıstanı tərk edib və yaxın zamanda ailələri ilə görüşəcək.

Cütlük fevralın 1-də Bamyan vilayətindəki evlərinə qayıdarkən Taliban tərəfindən saxlanılmışdı. Onlar yeddi ay yarım müddətində ittihamsız olaraq həbsdə qalıblar. Britaniyalı cütlük may ayının sonuna qədər yüksək rejimli həbsxanada saxlanılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
55
1
azertag.az

2Mənbələr