ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxt küçələrindən birində yol qəzası qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 19-da səhər saatlarında baş verib. Belə ki, hərəkətdə olan 77-AU-898 dövlət nömrə nişanlı “İnfiniti” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Şahidlərin iddiasına əsasən qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə maşın yol kənarındakı işıq dirəyinə çırpılıb və zərbənin təsirindən çevrilib. Hadisə zamanı işıq dirəyi qopub, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəza səbəbindən bir müddət yolda sıxlıq yaranıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzalı maşın ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.