AZ

“Harada maşın sürdüyünü bilməyənlər cəmiyyət üçün təhlükədir” Ekspertdən sərt REAKSİYA

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Lənkəran rayonunda  "Mersedes" markalı avtomobil məktəbə gedən 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı, 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Uşaqlar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bildirən nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, sürücülərin yolda sürəti azaltmamasının bir səbəbi də məsuliyyətsizlikdir:

"Yəni hər kəs bilməlidir ki, harada maşın sürdüyünün fərqində olmalıdır. İstər şəhərin mərkəzində olsun, istər kəndin mərkəzində, istərsə də yaşayış məntəqəsində, fərqi yoxdur. Ümumi yaşayış məntəqəsi demirəm, ayrı-ayrılıqda izah edirəm. Məsuliyyətsiz insanlar cəmiyyətə bədbəxtlik gətirir. Onlar cəmiyyətə mənfi aura ötürür və bu cür şəxslər, ümumiyyətlə, cəmiyyət üçün təhlükəli insanlar qrupuna daxildirlər. Bunu deməkdə məqsədim ondan ibarətdir ki, bu gün yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməyən şəxslər cəmiyyət üçün mənfi hal, mənfi nüans hesab olunmalıdır. Ona görə də cəmiyyət belə mənfi təzahürlərdən qorunmalı, uzaqlaşmalıdır. Cəmiyyət bu və digər formada mənfilikdən çıxmalıdır. Əgər biz belə bir cəmiyyət qura bilsək, düşünürəm ki, işlərimiz də yaxşı gedəcək".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
redaktor.az

2Mənbələr