AZ

AZAL-ın parkına daha bir neçə “Boeing 787 Dreamliner” təyyarəsi əlavə ediləcək (FOTO)

Bakı. Trend:

"AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları”nın(AZAL) parkında hazırda iki “Boeing 787 Dreamliner” təyyarəsifəaliyyət göstərir. Uzunmüddətli modernləşdirmə strategiyasınauyğun olaraq yaxın illərdə bu tipdən bir neçə yeni təyyarənin dədonanmaya qoşulması planlaşdırılır.

Bu barədə Trend AZAL-a istinadən xəbər verir.

Bildirilib ki, “Boeing” şirkəti “787 Dreamliner” modelini ənuğurlu geniş gövdəli təyyarələrdən biri kimi təqdim edir. 14 ildənaz bir zamanda bu təyyarələr 1,1 milyarddan çox sərnişin daşıyıbki, bu da aviasiya tarixində digər bütün geniş gövdəli təyyarələrləmüqayisədə ən yüksək göstəricidir.

Təyyarənin konstruksiyası və müasir texnologiyaları yanacaqsərfiyyatını əvvəlki nəsil analoji modellərlə müqayisədə 25%-dəkazaldır, həmçinin dünyanın müxtəlif istiqamətlərində 435 yenibirbaşa marşrutun açılmasına şərait yaradıb. Geniş salonu, irigövdəli təyyarələr arasında ən böyük pəncərələri və rahat şəraitiilə sərnişinlər uçuş zamanı özlərini komfortlu hiss edir və təyinatməntəqəsinə rahat çatırlar.

Bakıda təqdim olunan “Boeing 787 Dreamliner” uçuş simulyatorupilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əksetdirir. Genişformatlı naviqasiya ekranları, şturval, idarəetməqolları, pedallar və orijinal oturacaqlarla təchiz edilmişsimulyator real uçuş şəraitini maksimum dərəcədə imitasiyaedir.

Proqram təminatı təyyarənin bütün uçuş sistemlərini tam şəkildəcanlandırır və qonaqlara uçuşun bütün mərhələlərini — havayaqalxma, uçuş rejimi və enişi — sınaqdan keçirməyə imkan verir. Bu,həmçinin “Dreamliner”in innovativ texnologiyaları və yanacaqsəmərəliliyi ilə yaxından tanış olmaq üçün unikal təcrübəyaradır.

AZAL-ın
AZAL-ın
AZAL-ın
AZAL-ın
AZAL-ın
AZAL-ın
Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr