AZ

“Qarabağ”da şok itki - Zədəsi ciddidir

"Qarabağ"ın zədəli futbolçusu Marko Yankoviçin durumu ciddidir.

İdman.biz xəbər verir ki, bu barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

“Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni “Benfika” ilə oyunda belə bir ehtimal var idi. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxardı Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək" - deyə klub rəsmisi bildirib.

Bu isə o deməkdir ki, monteneqrolu yarımmüdafiəçi Çempionlar Liqasında oktyabrın 1-də "Kopenhagen" (Danimarka) və oktyabrın 22-də "Atletik"lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.

Qeyd edək ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının 1-ci turunda "Benfika” ilə keçirilən matçın 77-ci dəqiqəsində zədələnib.

İdman.biz

Seçilən
24
4
idman.biz

5Mənbələr