Milli Məclisdə erkən nikahla bağlı qanunvericiliyin sərtləşdirilməsi təklif olunub...
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü İlham Məmmədov komitənin bugünkü iclasında belə təkliflə çıxış edib.
O qeyd edib ki, erkən yaşda qızların ərə verilməsi son aylar bir neçə dəfə təkrarlanıb:
"Qanunda bununla bağlı nəzərdə tutulan məsuliyyət var. Bəlkə buna yenidən baxaraq ya sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq?"
Deputat həmçinin təklif edib ki, erkən yaşda qızların ərə verilməsinə meyilli olan bölgələrdə profilaktik tədbirlər aparılması üçün işlər görülməlidir.
Komitə sədri Hicran Hüseynova isə deputata cavabında vurğulayıb ki, bəhs olunan sahədə problemlər mövcuddur:
"Erkən nikah problemini müzakirə edib, qanunları sərtləşdirmək haqda düşünə bilərik".(report)
Poliqon.info