AZ

Məşhur aktyorun başına iş gəldi - İmzasını saxtalaşdırdılar

Aktyor Cemal Hünal Çağlayandakı İstanbul Ədliyyəsinə onun adından istifadə edərək tələbələri qeydiyyatdan keçirən və saxta sertifikat yaymaq üçün imzasını saxtalaşdıran agentlik və onun məsul şəxsləri haqqında cinayət işi qaldırıb. O, “imza saxtakarlığı”, “şəxsi məlumatların qanunsuz qeydə alınması və yayılması” və “şəxsi hüquqların pozulması” maddələri ilə ittiham irəli sürüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, cinayət ərizəsində Hünalın uzun illər aktyor və təlimatçı kimi fəaliyyət göstərən tanınmış sənətçi olduğu bildirilir. Həmçinin qeyd olunur ki, Hünal bir dəfə agentlikdə vicdanlı davranaraq qısa aktyorluq təhsili verib. Lakin sessiyadan sonra şübhəli agentlik müştərinin imzasını saxtalaşdıraraq tələbələrə sertifikatlar verib və onlardan biri daha sonra sosial mediada açıq şəkildə paylaşılıb.

Seçilən
20
manset.az

1Mənbələr