AZ

AzMİU-nun əsaslı təmir olunan Tibb Məntəqəsi istifadəyə verildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)tələbələrin və əməkdaşların sağlamlığının qorunması məqsədilə 1saylı Tələbə Poliklinikasının nəzdində fəaliyyət göstərən TibbMəntəqəsi əsaslı təmir edilərək istifadəyə verilib.

Müasir standartlara uyğun yenidən qurulan Tibb Məntəqəsiuniversitet kollektivinin gündəlik tibbi ehtiyaclarını qarşılamaqüçün zəruri avadanlıqlarla təmin olunub. Burada ilkin tibbiyardımın göstərilməsi, təcili müdaxilə, profilaktik baxışlar,təzyiq və qan şəkərinin ölçülməsi, ürək fəaliyyətinin müayinəsi,vaksinasiya, bəzi laborator analizlərin götürülməsi və ambulatormüalicə xidmətləri həyata keçiriləcək.

Tibb Məntəqəsi eyni zamanda tələbə və əməkdaşların mütəmadisağlamlıq müayinələrinin aparılması, müxtəlif xəstəliklərinvaxtında aşkarlanması, həmçinin sanitar-epidemioloji qaydalarıntəbliği və maarifləndirici tədbirlərin həyata keçirilməsibaxımından mühüm rol oynayacaq.

Qeyd edək ki, tələbələrin təhsildə uğurları onların sağlam həyattərzi ilə birbaşa bağlıdır. Bu məqsədlə yaradılan müasir şəraituniversitetdə gənclərin fiziki və psixoloji sağlamlığınınqorunmasına, eləcə də əməkdaşların rahat və təhlükəsiz iş mühitinəxidmət edəcək.

AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
Məqalədə:
Seçilən
33
5
az.trend.az

6Mənbələr