AZ

Aktror Emre Bulut barəsində yayılan xəbərləri təkzib etdi

15 ildir tanıdığı bir xəstəxana işçisi ilə məhkəmələşdiyi iddia edilən aktyor Emre Bulut, barəsində yayılan məlumatları sərt şəkildə rədd edib.

News365.az-ın məlumatına görə, Sabah qəzetində yayımlanan xəbərdə bildirildiyi kimi, Tokatda fəaliyyət göstərən A.U. (41) uzun illərdir Bulutu tanıyır. İddiaya görə, Bulut özünü komissar kimi təqdim edərək A.U.-dan müvəqqəti avtomobil istəyib və Amasyaya getmək üçün maşını götürüb. A.U. avtomobilini xəstəxananın avtodayanacağında verib, lakin Bulut uzun müddət geri dönmədiyi üçün prokurorluğa müraciət edib.

Xəbərdə həmçinin qeyd olunub ki, Bulut saxlanılaraq İstanbul Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb. Aktyor savunmasında A.U.-nu tanıdığını və avtomobili bir gün üçün götürdüyünü, axşam saatlarında geri qaytardığını bildirib. O, heç vaxt komissar olduğunu demədiyini və polis vəsiqəsi daşımadığını vurğulayıb.

Emre Bulut sosial media hesabında yayımladığı açıqlamasında bildirib:
“Bu iddialar tamamilə yalandır. Həyatım boyunca nə Tokata, nə də Amasyaya getmişəm, heç kəsdən avtomobil istəməmişəm və heç kimin malına zərər verməmişəm. Polis vəsiqəsi daşıdığım və ya özümü polis kimi təqdim etdiyim iddiası isə əsassızdır. Haqqımda heç bir istintaq və məhkəmə prosesi yoxdur”.

Aktror əlavə edib ki, yayılan xəbər onun şəxsi hüquqlarına, şərəf və ləyaqətinə ciddi zərbə vurub və bütün media qurumlarına qarşı hüquqi addımlar atacaq. Bulut ictimaiyyətdən bu cür xəbərlərə inanılmamasını və paylaşılmamasını xahiş edib.

Xatırladaq ki, Bulut yayımladığı açıqlamada ailə şərəfi və aktyorluq karyerasının ləkələnməsinin qarşısını almaq üçün hüquqi prosedurların başladılacağını bildirib.

Seçilən
19
news365.az

1Mənbələr