AZ

Nazir müavini: Ehtiyat valyutalarının rolunun azalması fonunda qızılın qiyməti artacaq

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Qızılın qiyməti ehtiyat valyutalarının rolunun azalması fonunda daha da artmaq potensialına malikdir.

“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu fikri Rusiya Federasiyasının maliyyə nazirinin müavini Aleksey Moiseyev bildirib.

"Şəxsi fikrim budur ki, qızıl qiyməti gələcəkdə də artacaq. Fərqli proqnozlar var. Mən bir sıra rusiyalı alimlərlə görüşmüşəm, onlar deyirdilər ki, qızılın qiyməti unsiyaya görə 35 min dollar olacaq. Bunun olub-olmayacağını və nə zaman baş verəcəyini bilmirəm. Amma tamamilə aydındır ki, ehtiyat valyutalarının, xüsusilə də dolların rolu azalarkən (funt və digər valyutalardan hələ heç danışmırıq), insanlar əlbəttə ki, getdikcə daha çox qızıla diqqət yetirəcəklər", — Aleksey Moiseyev qeyd edib.

Xatırladaq ki, bu həftə qızılın qiyməti bir neçə dəfə tarixi maksimumunu yeniləyib. Hazırda Nyu-Yorkuun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,37% artaraq 3 679,9 ABŞ dolları (+0,04%) təşkil edir.

Qeyd edək ki, ehtiyat valyuta — digər ölkələrin mərkəzi banklarının saxladığı, dünya üzrə geniş istifadə olunan milli valyutadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
6
apa.az

7Mənbələr