AZ

"Kəpəz"in sabiq baş məşqçisi: "Maraqlıdır ki, təyinatım nəyə görə reallaşmadı?"

"Kəpəz"in sabiq baş məşqçisi Azər Məmmədov bir müddət əvvəl Gəncə təmsilçisinə idman direktoru təyin edilməli idi. Bu haqda mətbuatda xəbərlər yayılmışdı.

Lakin Məmmədovun "Kəpəz"ə yeni təyinatı hələ ki reallaşmayıb.

İdman.biz xəbər verir ki, bu barədə Məmmədov sportal.az-a açıqlama verib.

49 yaşlı mütəxəssis belə bir söhbətin olduğunu deyib: "Təklif edilmişdi, görüşümüz də olmuşdu. Amma "Kəpəz" məsələsi haqda ətraflı bir söz deyə bilmərəm. Bu sualı klubun rəhbərliyinə ünvanlasanız, daha yaxşı olardı. Mən özüm bu suala cavab verə bilmirəm. Özümə bir söz deməyiblər. Nə "hə" deyirlər, nə də "yox". Necə olacağını bilmirəm. Sadəcə özümə də maraqlıdır ki, təyinatım nəyə görə reallaşmadı?".

İdman.biz

Seçilən
11
2
idman.biz

3Mənbələr