AZ

ABŞ donanmasına sürətli universal kater təklif olunub

Amerikanın Eureka Naval Craft müdafiə şirkəti Luizianada yerləşən Bordelon Marine Shipbuilders tərsanəsi ilə ABŞ Hərbi Dəniz Qüvvələri üçün gəmi və qayıqlar tikmək üçün əməkdaşlıq müqaviləsi bağlayıb.

Herbiand.az bildirir ki, hər iki şirkət tərəfdaşlığın ABŞ-ın hərbi-sənaye bazasının gücləndirilməsi, eyni zamanda minlərlə yüksək ixtisaslı iş yerinin yaradılması və saxlanılması üçün nəzərdə tutulan hökumətin gəmiqayırma proqramını dəstəkləmək üçün yaradıldığını bildirib.

Anlaşma memorandumu ABŞ Hərbi Dəniz Qüvvələrinin, Dəniz Piyadaları Korpusunun və ABŞ ordusunun ehtiyaclarını ödəmək üçün Bengal-MC modul hücum katerinin istehsalını nəzərdə tutur. Bundan əlavə, bu platforma Daxili Təhlükəsizlik Departamenti və Narkotiklərlə Mübarizə İdarəsi üçün narkotik ticarəti və terrorizmlə mübarizə üçün uyğunlaşdırıla bilər.

Kater 44 tona qədər yük daşımaq imkanına malikdir və 1000 mil məsafə qət edə bilir. Bengal-MC uzaqdan idarə olunan artilleriya sistemlərindən tutmuş “Tomahawk” qanadlı raketlərinə qədər müxtəlif silah sistemləri ilə təchiz oluna bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
herbiand.az

1Mənbələr