AZ

Quranı dədən yazıb?! TikTok dan polisə getdi

ain.az, Milli.az saytına istinadən bildirir.

"TikTok" platformasında yayımlanan bəzi canlı videolarda dini və mənəvi dəyərlərin təhqir olunması hallarının artması cəmiyyətdə narahatlıq yaradıb. Bəzi istifadəçilər bu davranışları zarafat kimi dəyərləndirsə də, digərləri bunu ciddi sayaraq ictimai dəyərlərə hörmətsizlik və zərərli tendensiya kimi qiymətləndirirlər.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu kimi hallarla əlaqədar aidiyyəti üzrə polis orqanlarında araşdırma aparılır. Nazirlik bildirib ki, vətəndaşların haqlı etirazına səbəb olan bu hallar mütəmadi olaraq nəzarətdə saxlanılır və uyğun tədbirlər görülür. Belə şəxslər müəyyən olunaraq barələrində inzibati və ya cinayət məsuliyyəti tətbiq edilir.

Qurum vətəndaşlara sosial şəbəkələrdən istifadə zamanı məsuliyyətli olmağı, başqalarının şərəf və ləyaqətini alçaldan ifadələrdən çəkinməyi və qanunvericiliyin tələblərinə əməl etməyi tövsiyə edib.

Asya

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
news.milli.az

2Mənbələr