1-ci Liqanın 2-ci turunda "Zaqatala"nın qonağı olan "Şəfa" Bakıya 4:0 hesablı darmadağınla qayıtdı. Paytaxt təmsilçisinin 34 yaşlı baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qələbəni dəyərləndirməsini xahiş etdik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çox vacib 3 xal qazandıq. Zaqatala səfərinin necə ağır olduğu hamıya bəllidir. Üstəlik, rəqibin etdiyi son transferler komandaya keyfiyət qatıb. Həftə boyu oyuna cox ciddi hazırlaşmışdıq.Əsas da futbolçuları psixoloji cəhətdən oyuna kökləməyə çalışmışdıq, çünki oyun ərzində bir epizodda belə, konsentrasiya pozuntusu olmamalı idi. Bunun öhdəsindən gəldiyimiz üçün çox sevincliyik. Oyun çox ağır keçdi, futbolçular həddindən artıq çox qaçdılar ki, bu da onların matça lazimi səviyyədə yanaşmalarının nəticəsidir. Erkən qol vurduğumuza görə rəqib öz oyun tərzindən uzaqlaşmağa başladı. Belədə, istədiyimiz boşluqları tapmağımız üçün şərait yarandı. Hesabın böyük olmasına baxmayaraq, meydanda əsl mübarizə izlədik. Bu, "Zaqatala"nın yaxşi səviyədə komanda olduğunun göstəricisidir. Gözəl oyuna gorə futbolçularıma təşəkkur edirəm. Çox yaxşı mübarizə apardılar. Hər oyuna bu cür yanaşmağa çalışmalıyıq ki, xal itkilərinə yol verməyək".
Qeyd edək ki, "Şəfa" növbəti turda "Cəbrayıl"ı qəbul edəcək.
Nihat