Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri Rusiyanın Kursk vilayətində yerləşən 810-cu dəniz piyadaları briadasının logistik mərkəzinə (hub) zərbə endirib. Xüsusi Təyinatlı Qüvvələrin “Facebook” səhifəsində məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində briqadanın maddi-texniki təminat bazası, sursat anbarlrı və silah və hərbi texnikanın gizli saxlanıldığı anqarlar məhv edilib.
Bildirilir ki, Krımın işğal olunmuş Sevastopol şəhərində dislokasiya olunan 810-cu dəniz piyadaları briqadası Ukraynanın Şimal-Sloboyansk istiqamətində aparılan hücum əməliyyatlarında fəal iştirak edir.
Bundan əlavə, bu briqadanın şəxsi heyətinin Ukraynalı əsirlərin edamı da daxil olmaqla hərbi cinayətlər törətdiyi bildirilir.
Ukrayna Silahlı Qüvvələri (VSU) Rusiyanın Kupyansk şəhərinə irəliləməyə çalışan hərbçilərinin qaz xəttində batırıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, şimal əməliyyat komandanlığının məlumatına görə, Kupyansk Rusiya üçün strateji əhəmiyyətə malik şəhərdir və düşmən bu məqsəd üçün qüvvələr toplayıb. Lakin şəhərə daxil olmağa çalışdıqları qaz kəməri zədələnmiş və su ilə dolmuş vəziyyətdədir.
Ukrayna mediasının yaydığı məlumata görə, rus qoşunları Oskol çayı üzərindən qayıqlarla keçməyə cəhd etsələr də, əksəriyyəti Ukrayna artilleriyası, minaatanlar və FPV-dronlarla məhv edilib.
Xatırladaq ki, 12 sentyabr tarixində "Deep State" xəbər agentliyi Rusiya qoşunlarının Kupyansk şəhərinə qaz borusu üzərindən irəliləməyə çalışdığını xəbər vermişdi. Bu marşrutun uzunluğu təxminən 4 km-dir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Vaqif Hüseynlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv