AZ

Maliyyə Nazirlyi 3 banka depozit yerləşdirdi

Bu gün Azərbaycan  Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə FED.az-a Maliyyə Nazirlyindən bildirilib.

Məlumata görə, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 400 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Seçilən
0
49
fed.az

10Mənbələr