AZ

Sərəncam Əcəmi Naxçıvaninin yaradıcılığına göstərilən diqqətin bariz nümunəsidir ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Ölkə Prezidenti İlham Əliyevin orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzaladığı Sərəncam möhtəşəm sənət əsərlərinin müəllifinin yaradıcılığına olan yüksək diqqət və qayğının nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, təkcə dövrünün deyil, bütün zamanların bənzərsiz sənətkarlarından biri olan Əcəmi Əbubəkr ibn Naxçıvaninin işıqlı zəkasının, dərin təxəyyülünün təsdiqi olan Yusif ibn Küseyir, Möminə Xatun türbələri, Cümə məscidi kimi sənət əsərləri tarixə şahidlik edə-edə, bu günümüzə qədər gəlib çatan çox dəyərli, əvəzsiz yadigarlardır:

"Bu sənəd, Azərbaycan memarlıq məktəbinin təməlini qoymuş, əsərləri ilə təkcə regionda deyil, bütün İslam dünyasında və bəşəriyyətin memarlıq tarixində silinməz izlər buraxmış böyük sənətkarın yaradıcılığına göstərilən yüksək ehtiramın, dərin diqqət və qayğının əyani sübutudur.

Görkəmli memarın yaratdığı möhtəşəm sənət əsərlərinə ölkəmizdə olduğu kimi, dünyanın hər yerində böyük maraq göstərilir, öyrənilir. Qürurverici haldır ki, Əcəmi Naxçıvaninin yaradıcılığına UNESCO-nun baş konfransının 2023-cü il 7-22 noyabr tarixlərində keçirilən 42-ci sessiyasında görkəmli Azərbaycan memarının 900 illik yubileyi 2024-2025-ci illər ərzində bu beynəlxalq təşkilat çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilmişdir. Bütün bunlar Əcəmi Əbubəkr ibn Naxçıvaninin yaradıcılığının, irsinin öyrənilməsinə göstərilən marağın, diqqətin bariz nümunəsidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
sia.az

2Mənbələr