AZ

Aİ rəqəmsal avro ilə maliyyə müstəqilliyini gücləndirməyə çalışır » AzadMedia.az


Avropa İttifaqının maliyyə nazirləri bu gün rəqəmsal avronun yaradılması ilə bağlı ümumi mövqe formalaşdırmağa çalışacaqlar.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, bu yeni rəqəmsal valyuta, hal-hazırda bazarda üstünlük təşkil edən ABŞ mənşəli Visa və Mastercard ödəniş sistemlərinə alternativ ola bilər.

Qeyd olunur ki, Avrozonada istifadə edilən avronun rəqəmsal ekvivalentinin yaradılması ilə bağlı müzakirələr artıq 6 ildir davam edir. Lakin bu il bu məsələ yenidən gündəmə gəlib. Səbəb isə Avropa İttifaqının enerji, maliyyə və müdafiə sahələrində xarici asılılığı azaltmaq niyyətidir.

Rəqəmsal avro Aİ-nin maliyyə sistemini daha avtonom və təhlükəsiz etmək üçün atılan strateji addımlardan biri kimi qiymətləndirilir.
Seçilən
0
3
azadmedia.az

4Mənbələr