AZ

Yanvar-avqust aylarında ADY-nin qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb, 7 nəfər ölüb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb.

Operativ Media xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama etməli olub: "Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

"ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin", - deyə qurum bəyan edib

Seçilən
15
15
operativmedia.az

10Mənbələr