AZ

Suveren Azərbaycan yeni regional təhlükəsizlik arxitekturası formalaşdırıb Deputat

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"20 sentyabr Azərbaycan tarixində yeni bir səhifə açan, xalqın iradəsini və qəhrəmanlığını əbədiləşdirən günlərdən biridir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, həmin gün ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Bu qərar hərbi-siyasi qələbəni, həmçinin xalqın sarsılmaz ruhunu və müzəffər ordunun şücaətini təcəssüm etdirir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. Parlamentari xatırladıb ki,  2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistanın və separatçı rejimin silahlı birləşmələri tam tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, dövlətin suverenliyi bərpa edildi. Minlərlə şəhidin qanı, yüz minlərlə məcburi köçkünün həsrəti, bütöv bir xalqın mübarizəsi bu tarixi reallığın yaranmasının əsas səbəbi oldu:

"2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaltması xalqımızın onilliklər boyu qəlbində yaşatdığı arzunun gerçəyə çevrilməsi idi. Bu əlamətdar hadisə milli iradənin təntənəsi idi.  2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad dövlətimizin qüdrətini və xalqımızın qürurunu dünyaya nümayiş etdirib. Bu parad azad edilmiş torpaqlarda milli birliyin və suverenliyin təzahürü kimi yaddaşlara həkk olunub.  Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamına əsasən, təsis edilən həmin ali təhsil ocağı bölgənin iqtisadi potensialına uyğun müasir kadrların hazırlanmasına xidmət edir. Bu ali məktəb Qarabağın elmi və mədəni həyatında yeni mərhələnin başlanğıcıdır.

 Prezident İlham Əliyev 2023-cü il dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izləmişdir. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.

Xankəndi, Xocavənd, Xocalı və Ağdərədə dövlət başçısının iştirakı ilə açılan məktəblər, yaşayış məhəllələri, hotellər, teatrlar, yollar, energetika və kənd təsərrüfatı obyektləri bölgədə həyatın dirçəlişini nümayiş etdirir. 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi zəfərlər hər bir vətəndaşda həm qürur, həm də məsuliyyət hissi yaradır. Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərləri gününün təntənəli şəkildə qeyd olunması isə gələcək nəsillərə milli iradənin və dövlətçilik ənənələri uğrunda mübarizənin əhəmiyyətini göstərir". 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
2
unikal.az

3Mənbələr