Əfqanıstan öz ərazisində digər ölkələrin, o cümlədən Amerikanın hərbi mövcudluğunu qəbul etmir.
Publika.az “Pajhwok”a istinadən xəbərverir ki, bunu Əfqanıstan xarici işlər nazirinin müşaviri Zakir Cəlali deyib.
“Tarixi boyu Əfqanıstan xalqı öz ərazilərində başqa ölkələrin hərbi mövcudluğuna dözməyib. Dohada danışıqlar zamanı və sazişin imzalanması zamanı (ABŞ və müttəfiqlərinin Əfqanıstan ərazisindən bütün qoşunlarını çıxarması haqqında) Baqramdakı hava bazasının mümkünlüyü qəti surətdə rədd edilib”, - o deyib.
Rəsmi Əfqanıstanın ABŞ-la əməkdaşlığa açıq qaldığını vurğulayaraq, bunun qarşılıqlı hörmət və iki ölkənin ümumi maraqları üzərində qurulması lazım olduğunu bildirib.
Sentyabrın 18-də Tramp ABŞ-ın Əfqanıstandakı Baqram hava bazasına nəzarəti geri almağa çalışdığını açıqlayıb. 2001-ci ildən 2021-ci ilə qədər Baqram aerodromu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Əfqanıstandakı ən böyük bazası olub. 2021-ci il iyulun 1-də amerikalılar aviabazanı tərk etdilər, avqustun 15-də isə “Taliban” hərəkatının nəzarəti altına keçib.