AZ

Bu ərazilərdə avtobus zolaqları ləğv edilib – SƏBƏB

Son günlər paytaxtın bir sıra küçə və prospektlərində avtobus zolaqlarının ləğv edilməsi müşahidə olunur.

Belə ki, Şəmsi Bədəlbəyli və Azadlıq prospekti küçəsində həmin nişanlar qapadılıb. Bu dəyişiklik həm sürücülər, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında müzkirələrə səbəb olub.

Bəs Bakıda bir sıra ərazilərdə avtobus zolaqlarının ləğv edilməsinin səbəbi nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, “Formula-1" yarışı ilə bağlı paytaxtda nəqliyyatın axıcılığını və təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti tənzimləyici tədbirlər görülür:

““2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə qeyd edilən ərazilərdə yerləşən yol nişanlarının üzəriləri qapadılması müvəqqəti məhdudiyyət tədbirləri ilə bağlıdır. Tərəfimizdən müəyyən olunan istiqamətlər üzrə hərəkətin intensivliyi təmin olunur”.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr