AZ

DİN "Formula 1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib  

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar məhdudiyyətin tətbiq olunduğu müddətdə paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

“Sürücülərdən və paytaxt sakinlərindən həmin müddət ərzində ictimai nəqliyyata üstünlük verməyi, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etməyi, səyahətlərini məhdudiyyət tətbiq olunmuş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmağı tövsiyə edirik”, - deyə məlumatda vurğulanıb.

Seçilən
34
35
azerbaijan-news.az

10Mənbələr