AZ

Ermənistandan Qazaxıstan və Türkmənistana təklif: Öz aramızda yol açaq

BAKI, 19 sentyabr. TELEQRAF

İrəvan Qazaxıstandan Ermənistana multimodal yükdaşıma marşrutunun yaradılmasını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında bildirib.

Söhbət Qazaxıstan-Türkmənistan-İran-Ermənistan marşrutundan gedir.

Qriqoryan bildirib ki, artıq Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Ermənistan marşrutu ilə paralel yükdaşımalar aparılır. Onun fikrincə, bu, ölkələr arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsinə artan marağı göstərir.

Ermənistan baş nazirinin müavini qeyd edib ki, bu yükdaşımalar, xüsusən də Qazaxıstan-Çin sərhədində yerləşən “Xorqos” Beynəlxalq Sərhəd Əməkdaşlıq Mərkəzinin imkanlarına erməni sahibkarların potensial marağı nəzərə alınmaqla müntəzəm xarakter daşıya bilər.

Seçilən
7
teleqraf.com

1Mənbələr