Bakı. Trend:
İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin və nümayəndəheyətlərinin iştirakı ilə Əmək Mərkəzinin İcraiyyə Şurasının iclasıvə yüksək vəzifəli rəsmilərin İƏT Əmək Mərkəzinin BaşAssembleyasının 2-ci sessiyasına hazırlıq iclası olacaq.
Trendxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi məlumat yayıb.
Bildirilib ki, 23-24 sentyabr tarixlərində keçiriləcək tədbirlərtəşkilatın fəaliyyəti ilə bağlı mühüm qətnamələrin müzakirəsi vəqəbulu məqsədini daşıyır.
Tədbirlər çərçivəsində İƏT-nin Əmək Mərkəzi ilə Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə yüksəksəviyyəli dəyirmi masa da keçiriləcək.
Xatırladaq ki, İƏT-nin Əmək Mərkəzi 2023-cü ildə Bakı şəhərindəüzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı zamanı təsisedilib.
İƏT-nin ən gənc institutu olan bu Mərkəz üzv ölkələrin əməkbazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluqimkanlarının artırılması sahələrində əməkdaşlığıngenişləndirilməsində mühüm rola malikdir.