AZ

Formula 1 üzrə ikiqat dünya çempionu karyerasını bitirə bilər

BAKI, 19 sentyabr. TELEQRAF

"Aston Martin"in pilotu Fernando Alonso 2026-cı ildə karyerasını bitirə bilər.

Teleqraf xəbər verir ki, ispaniyalı sürücü bu barədə AS nəşrinə müsahibəsində deyib.

"Hər şey gələn il özümü necə hiss edəcəyimdən asılıdır. Hazırda dəqiq fikrim yoxdur. Əgər bolidim yaxşı olarsa, bu, mənim Formula 1-də son ​​ilim olacaq.

Bilirəm ki, 2027 və 2028-ci illərdə uğur qazanmaq şansım daha çox olacaq.

Amma hər şeyi özüm düşünməliyəm. Bolidim yaxşı performans göstərməsə, müsbət notda bitirmək üçün daha bir il qalma şansım var. Əksi baş verərsə, 2026-cı il mənim son mövsümüm olacaq”, - Alonso deyib.

Qeyd edək ki, Fernando Alonso Formula 1 üzrə ikiqat dünya çempionudur.

Seçilən
2
teleqraf.com

1Mənbələr