AZ

Bakıda İƏT Əmək Mərkəzinin iclası keçiriləcək

ain.az, Metbuat saytına istinadən bildirir.

İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası və yüksək vəzifəli rəsmilərin İƏT Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq iclası olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

23-24 sentyabr tarixlərində keçiriləcək tədbirlər təşkilatın fəaliyyəti ilə bağlı mühüm qətnamələrin müzakirəsi və qəbulu məqsədini daşıyır.

Tədbirlər çərçivəsində İƏT-nin Əmək Mərkəzi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa da keçiriləcək.

Qeyd edək ki, İƏT-nin Əmək Mərkəzi 2023-cü ildə Bakı şəhərində üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı zamanı təsis edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
9
metbuat.az

10Mənbələr