AZ

“İşığa doğru” filminin çəkilişləri yekunlaşıb

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi çərçivəsində “İşığa doğru” adlı sənədli filmin çəkilişləri başa çatıb.

Film Xocalı soyqırımının canlı şahidlərindən biri, ermənilər tərəfindən girov götürülərək ailəsi ilə birgə amansız işgəncələrə məruz qalan azərbaycanlı qadın - Nərgiz Mahmudovanın həyat hekayəsi əsasında ekranlaşdırılıb.

İctimai Birlikdən bildirilib ki, layihənin əsas məqsədi müharibə qurbanı olmuş azərbaycanlı qadınların zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda mübarizə təcrübələrinə əsaslanaraq onların səsini dünyaya çatdırmaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qadınlara vurduğu dərin mənəvi və fiziki izlərini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir. Layihə çərçivəsində çəkilmiş film azərbaycanlı qadınların pozulmuş hüquqlarına, yaşadıqları travmalara və insanlığa qarşı törədilən cinayətlərə həsr olunub.

Film ingilis dilinə tərcümə olunaraq beynəlxalq auditoriyaya təqdim ediləcək.

Seçilən
29
4
aznews.az

5Mənbələr