Vaşinqton Varşavaya "Javelin" tank əleyhinə raket kompleksləri və 2506 raket tədarük edəcək.
Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.
O, açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamenti Polşaya 253 buraxılış qurğusu və 2506 raket, həmçinin zəruri təlim və ehtiyat hissələrinin satışını təsdiqləyib.
Söhbət müxtəlif növ zirehli texnikaları, o cümlədən dinamik mühafizə ilə təchiz olunmuşları məhv etməyə qadir olan FGM-148F raketlərindən gedir.