AZ

Trampa mane olurlar Lavrovdan iki ölkəyə işarə

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp kompromislərə hazırdır, lakin Ukrayna və Avropa buna mane yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Trampın komandası Ukrayna məsələsi də daxil olmaqla Moskva ilə praqmatik dialoqa hazırdır. Biz də maraqlarımız nəzərə alındığı halda eyni düşüncədəyik. Lakin Qərb Kremlin təkliflərinə məhəl qoymur. Onlar Rusiyanın iştirakı olmadan Ukrayna üçün “təhlükəsizlik zəmanəti” haqqında danışmağa davam edirlər”, – deyə o bildirib.

Lavrov xüsusilə Almaniya və Polşanın hərbi güc, nüvə silahları ilə bağlı son bəyanatlarına diqqət çəkib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
globalinfo.az

1Mənbələr