AZ

Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir (FOTO)

Bakı.Trend:

Sentyabrın 19-da Azərbaycan Ordusunda vətənpərvərliknümunələrinin təbliği, şəxsi heyət arasında mənəvi-psixoloji vədöyüş ruhunun daha da yüksəldilməsi məqsədilə antiterrorəməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərkeçirilir.

Trend xəbərverir iki, bu barədə Müdafiə nazirliyi məlumat yayıb.

Bildirilib ki, silsilə tədbirlər zamanı Azərbaycanınmüstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidolanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinəvə antiterror əməliyyatına həsr olunan sənədli filmlər,videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.

Mərasimlərdə çıxış edənlər 2023-cü ilin 19-20 sentyabrtarixlərində keçirilən antiterror əməliyyatını Cənubi Qafqazdadayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfəverən tarixi missiya adlandıraraq Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev tərəfindən yüksəkqiymətləndirildiyini qürur hissi ilə qeyd ediblər.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətliOrdumuzun keçirdiyi uğurlu antiterror əməliyyatının tarixiəhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi iləkonstitusiya quruluşunun və dövlət suverenliyinin bütün ölkəərazisində təmin olunması xüsusi vurğulanıb.

Antiterror
Antiterror
Antiterror
Məqalədə:
Seçilən
35
18
az.trend.az

10Mənbələr