AZ

Bakıda iki yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda iki yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli olaraq məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 20 sentyabr saat 08:00-dan 21 sentyabr saat 22:00-dək Yasamal rayonunda aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq:

- Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinədək olan hissədə;

- Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə.

Seçilən
34
12
aznews.az

10Mənbələr