AZ

Qubada maşınlar toqquşdu - 15 yaşlı qız öldü - FOTO

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Unikal-a istinadən xəbər verir ki, Quba - Pirvahid kəndini birləşdirən avtomobil yolunda "Vaz-2109" və "Kia" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticədə "Vaz-2109"-da olan 15 yaşlı qız dünyasını dəyişib, Əmirov Salman Zümür oğlu, Əmirova Aygün Əbülfərz qızı, Əmirov Zümrəddin Salman oğlu və Hümbətov Təbriz Akif oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların müalicəsi Quba rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
92
3
news24.az

4Mənbələr