AZ

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək

Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.

 

Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, beynəlxalq forum 19–21 sentyabr tarixlərində Bakıda baş tutacaq./APA

Tarix: 19 Sentyabr 2025, 15:21   
Seçilən
0
11
pravda.az

10Mənbələr