AZ

Rusiyadan Trampa çağırış: Uralı götür

BAKI, 19 sentyabr. TELEQRAF

Rusiyalı qadın sosial şəbəkədə ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyi ilə bağlı paylaşımına şərh yazdıqdan sonra hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.

Teleqraf xəbər verir ki, qadının sözləri “ölkənin ərazi bütövlüyünü pozmağa çağırış” kimi qiymətləndirilib.

Nəticədə onun üzərinə inzibati məsuliyyət qoyulub.

O yazıb: “Tramp, yaxşı olar ki, Ural Federal Dairəsini al, sənə daha çox pul qazandırarıq”.

Rusiyada oxşar hallar bundan əvvəl də baş verib. Məsələn, bu yaxınlarda Krasnoyarsk vilayətində daha bir qadın müqaviləli hərbi xidmət reklamı ilə bağlı plakatı cırıb yola səpələdiyinə görə cərimələnib.

Seçilən
4
teleqraf.com

1Mənbələr