AZ

Azərbaycan terrorla mübarizə imkanlarını artırmalıdır

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Xankəndidə keçirilən tədbirdə terror törətmək istəyən erməniəsilli şəxsi yüksək peşəkarlıqla ələ keçirdi. Terror aktına cəhd göstərir ki, biz ayıq-sayıq olmalıyıq. Çünki bu şəxs Azərbaycanın qəyyumluğunu qəbul edərək Xankəndidə rahat yaşamaq imkanı əldə etsə də, sonradan terrora əl atmaq istəyi göstərir ki, buna qabaqcadan hazırlaşıb. Mümkündür ki, ona xüsusi tapşırıq verilib və ya zamanında terror aktları törətməsi üçün təlimlərə cəlb edilib. Şübhəsiz ki, bütün bu məqamlar aparılan istintaq zamanı ortaya çıxarılacaq”. Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli bir müddət əvvəl Xankəndi şəhərində yaşayan erməniəsilli şəxsin terror aktına cəhd etməsindən danışarkən deyib. Q. Hüseynli sadə bir erməninin öz təşəbbüsü ilə terror aktına cəhd etməsinə inanmır. Onun sözlərinə görə, bundan əvvəl Ermənistanda işıq üzü görən “Qraparak” qəzeti də bu mövzuda yazılar çap edib. Professorun fikrincə, bu kimi hallar göstərir ki, ermənilər sakit dayanmayacaq, mümkün qədər Azərbaycanla problemlər yaratmağa çalışacaqlar: “Azərbaycan bu məqamları nəzərə alaraq terrorla mübarizə imkanlarını artırmalıdır”. Q. Hüseynli Q. Hüseynli Azərbaycanın Ermənistanla sərhəddə anti-terror qrupları yaratmasını da mümkün sayır: “Bu, sərhəd qoşunlarının tərkibində və ya ondan əlavə bir qurum kimi də ola bilər. Eyni zamanda bizim təhlükəsizlik xidmətlərimizin tərkibində terrora hazırlıqla bağlı məlumatların toplanması və belə halların qarşısının alınması üçün ciddi addımlar atıldığı qənaətindəyəm. Hər halda sayıqlığımızı daha da artırmalıyıq. Çünki Xankəndidəki hadisə göstərdi ki, separatçılar sakit durmaya bilərlər”.Hüseynli əlavə edib ki, indi əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır: “Hesab edirəm ki, bu sazişin imzalanacağı tarix uzaqda deyil. Bəli, buna maneə olan, belə bir sazişin imzalanmasını arzulamayan qüvvələr var. Amma onlar istəklərinə nail ola bilməyəcəklər. Fikrimcə, sülh müqaviləsi yaxın gələcəkdə imzalanacaq”.Nemət ORUCOVReyting.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
reyting.az

2Mənbələr