Taliban hakimiyyəti Əfqanıstanda qadınlarla baölı daha bir qadağa qoyub.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, Taliban öz universitetlərində qadınların kitablarını qadağan edib.
Ümumilikdə 680 kitab “Şəriət qanunlarına və Taliban siyasətlərinə zidd olduğu” əsas gətirilərək qadağan edilib. Bu kitablardan 140-nın müəllifinin qadın olduğu bildirilir.
Məlumata görə, qadağan olunanlar arasında “Kimya laboratoriyasında təhlükəsizlik” kimi elmi kitablar da olub.
Təhsil müəssisələrində qadınların bütün əsərlərini kurrikulumdan çıxarıb. Həmçinin insan haqları, cinsi qısnama kimi mövzularda dərslər keçirilməsi də qadağan edilib.
“Gender və İnkişaf”, “Ünsiyyətdə qadınların rolu” və “Qadınların sosiologiyası” ilə bağlı 18 dərsin tədrisi dayandırılıb.
Qeyd edək ki, Taliban uzun müddətdir ki, qadın və qızların altıncı sinifdən sonra təhsil almasına mane olub. 2024-cü ilin sonuna qədər qadınlar üçün əlçatan olan sahələrdən biri olan mamalıq kursları da bağlandı.