AZ

"Formula 2": Bakıda daha bir qəza baş verib - YENİLƏNİB

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.

Ölkə.az-ın məlumatına görə, bolidlərdən biri sıralama turunda səddə çırpılıb.

"Art Grand Prix"dən Viktor Martins uğursuzluqla üzləşib.

Nəticədə qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayandırılıb. Onun bolidi trasdan götürülüb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində qəza baş verib.

Ölkə.az-ın məlumatına görə, yarış dayandırılıb və qırmızı bayraq qaldırılıb.

"Rodin Motorsport"dan Amaury Kordeelin idarə etdiyi bolid baryerə dəyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Ölkə.az-ın məlumatına görə, mübarizəyə saat 14:00-da start verilib.

Bu gün ikinci dərəcəli pilotların sərbəst yürüşündə "Rodin Motorsport" komandasından Aleks Dann ən yaxşı nəticəni göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Seçilən
43
9
olke.az

10Mənbələr