AZ

Naxçıvanda “VAZ” və “Hyundai” toqquşdu, sürücülərdən biri xəstəxanalıq oldu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.-z-ın məlumatına görə, qəza sentyabrın 18-də saat 14:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı maşın, “Hyundai” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya ara məsafəsinin düzgün seçilməməsi səbəbindən yaranıb. Qəza nəticəsində hər iki minik vasitəsinə maddi zərər dəyib, “VAZ” sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
avtosfer.az

1Mənbələr