AZ

Xankəndidə bayram konserti keçiriləcək

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə Xankəndidə bayram konserti keçiriləcək.Reyting.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.Bildirilib ki, tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Hazırda Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir.Konsert proqramında tanınmış incəsənət xadimləri, sevilən müğənnilər çıxış edəcək, atəşfəşanlıq olacaq.Qeyd edək ki, 2023- cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları və ətraf yaşayış məntəqələri işğaldan azad olunaraq, ölkəmizin suverenliyi tam bərpa edilib. Dövlət başçısının sərəncamı ilə 20 sentyabr "Xankəndi, Ağdərə Xocalı və Xocavənd şəhəri günü" elan olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
17
reyting.az

10Mənbələr