AZ

Əfqanıstan XİN: Ölkə ərazisində xarici hərbi mövcudluq qəbuledilməzdir

BAKI, 19 sentyabr. TELEQRAF

Əfqanıstan ərazisində hər hansı xarici dövlətin, o cümlədən ABŞ-nin hərbi mövcudluğu qəbuledilməzdir.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi və xarici işlər nazirinin müşaviri Zakir Cəlali bildirib.

Onun sözlərinə əsasən, Əfqanıstan xalqı tarixən ölkə ərazisində xarici hərbi qüvvələrin mövcudluğunu rədd edib və bu prinsip ABŞ və müttəfiqlərinin qoşunlarının çıxarılmasını nəzərdə tutan Doha razılaşmasında da öz əksini tapıb.

"Əfqanıstan ABŞ ilə əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq yalnız qarşılıqlı hörmət və ümumi maraqlar əsasında mümkün ola bilər",- ölkə rəsmisi qeyd edib.

Xatırladaq ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Əfqanıstandakı keçmiş Baqram aviabazasına nəzarəti bərpa etməyə çalışdığını açıqlayıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr