AZ

Amerikalı aparıcı Trampdan üzr istəmədiyinə görə işdən çıxarıldı

Amerikalı aparıcı Cimmi Kimmel Donald Tramp və Çarli Kirk haqqında etdiyi zarafata görə üzr istəməkdən imtina etdiyinə görə işdən çıxarılıb.

Kulis.az xəbər verir ki, “Jimmy Kimmel Live!” şousunun efiri müvəqqəti dayandırılıb və aparıcının 20 ildən çox çalışdığı ABC kanalı onunla yollarını ayırıb.

Məlumata görə, zarafat ssenaridə əvvəlcədən yer alıb və rəhbərlik onun mübahisəli xarakterindən xəbərdar olub.

Qeyd edək ki, Tramp isə Kimmelin işdən çıxarılmasını müsbət qarşılayıb və kanalı cəsarətli addıma görə təbrik edib.

Seçilən
25
1
kulis.az

2Mənbələr